Sosial mediada paylaşılan videoda The Simpsons serialının ABŞ prezidenti Donald Trampın ölüm tarixini verdiyi iddia edilib. Videoda tabutda Trampa bənzəyən personajın səhnəsi yer alarkən, serialın prodüserlərindən Mett Selmandan açıqlama gəlib.

İnternetdə yayılan klipdə Simpsonun Trampın ölümünü əvvəlcədən bildiyi barədə fərziyyələr sürətlə yayıldı. Keçmişdə The Simpsons-ın Trampın ölümünü proqnozlaşdırdığına dair bir çox iddialar var idi. 2024-cü ildə Trampa qarşı sui-qəsd cəhdindən sonra üzərində “RIP Donald Trump 1946-2024” sözləri yazılmış tabutda Trampın manipulyasiya edilmiş şəkli yenidən dövriyyəyə buraxılıb.
Bu dəfə Donald Trampın 2025-ci il aprelin 12-də öləcəyi iddia edilib.Tabutda Trampa bənzəyən personajın göstərildiyi səhnə olub və onun ətrafında siyasi fiqurların olduğu iddia edilib. Ancaq pərəstişkarları bu nəzəriyyənin real olmadığını iddia edərkən, serialın prodüserlərindən Mett Selman da açıqlama verdi. Selman "Bu səhnə heç bir epizodda yer almayıb" deyərək iddiaları rədd edib.
2017-ci ildən bəri manipulyasiya edilmiş şəkillər və redaktə edilmiş səhnələr The Simpsons-ın Trampın ölümünü əvvəlcədən bildiyi barədə aldadıcı iddialar yaratdı. Lakin serialın heç bir bölümündə belə bir səhnə görünmür və yeni iddianı təsdiqləyən heç bir dəlil yoxdur.
Digər tərəfdən, Simpsonlar həqiqətən bəzi hadisələri proqnozlaşdırmaqla tanınır. 2000-ci ildə yayımlanan bir epizodda Trampın ABŞ-ın gələcək prezidenti olacağı göstərilirdi. 1995-ci ildə ağıllı saatların yüksəlişini və 2012-ci ildə Higgs Bozonunun kəşfini düzgün proqnozlaşdıran səhnələr də var.
Mənbə: Sözcü.com
Tərcümə etdi: Mina Yadigarlı
