Şahidlərin əldə etdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqindəki Tuffah rayonunda dəniz suyunu duzsuzlaşdıran “Gabayin” zavodunu bombalayıb. İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində həyata keçirdiyi hücumda 2 nəfər həyatını itirib.

Digər tərəfdən, şahidlər İsrail ordusunun şiddətli atəş açaraq Qəzzanın şərqindəki Şucaiyye bölgəsinə daxil olduğunu bildirib. Şahidlər Şucaiyyənin də artilleriya atəşi və hava hücumları ilə hədəf alındığını, İsrail ordusunun Qəzzanın şimalında bir çox bölgəyə hava hücumu təşkil etdiyini bildirib.
İsrail ordusu Qəzza zolağının şimalında işğalını genişləndirdiyini açıqlayıb və “Şücayyədə nəzarəti dərinləşdirmək və bufer zonasını genişləndirmək üçün” qurudan hücumlar edildiyini açıqlayıb.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 523-ə, yaralıların sayı isə 114 min 776-ya yüksəlib.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
