Bu gün:

İsrail Qəzzanın şimalındakı UNRWA binasını hədəf alıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrail ordusunun Qəzza zolağının şimalında UNRWA-ya aid bir binanı hədəf almasına reaksiya verib.

Lazzarini X sosial media hesabından verdiyi açıqlamada deyib: "Xarabalıqlar belə hədəfə çevrildi. İsrail qüvvələri Qəzzanın şimalında Cibaliyadakı UNRWA binasını hədəf aldı".

İsrailin hədəf aldığı UNRWA binasının daha əvvəl sağlamlıq mərkəzi kimi istifadə edildiyini bildirən Lazzarini binanın müharibənin əvvəlində böyük ziyan gördüyünü xatırladıb.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, İsrail ordusunun hədəf aldığı klinikada 16-sı uşaq və qadın, qoca olmaqla 22 fələstinlinin həyatını itirdiyi açıqlanıb.

Mənbə:TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et