Bu gün:

Kosmosa səyahət edən ilk qadın: Valentina Tereşkova


Tarixdə ilk qadın kosmonavt kimi tanınan Valentina Tereşkova sadə bir ailədən gələn, tekstil fabrikində işləyən gənc bir qız idi. Lakin onun paraşütçülüyə olan marağı sonda onu kosmosa aparacaq bir yolun başlanğıcı olub.

1963-cü ildə Vostok-6 gəmisi ilə kosmosa göndərilən Tereşkova Yer ətrafında 48 dəfə dövr etməklə yanaşı, eyni zamanda, bir sistem xətasını özü düzəldərək gəri qayıtmağı bacarıb.

1937-ci ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olan Tereşkova kiçik yaşlarda ailəsinə kömək etmək məqsədilə məktəbi tərk etmək məcburiyyətində qalıb. Anası kimi o da tekstil fabrikində işləməyə başlayıb, gənc yaşlardan paraşütçülüklə məşğul olmağa başlayan Tereşkova bu sahədə göstərdiyi bacarıqla fərqlənib. 22 yaşında artıq paraşütlə atılan peşəkar bir idmançı olub.

Elə bu zamanlar SSRİ ilə ABŞ arasında kosmos yarışı artıb. SSRİ qadın kosmonavt göndərmək istəyib. Tereşkova bu tarixi fürsətdən yararlanmaq üçün könüllü olub. 1962-ci ildə beş qadın kosmonavt namizədi arasından Tereşkova seçilib.

16 iyun 1963-cü ildə "Vostok-6" gəmisi ilə kosmosa yola düşən Tereşkova Yer ətrafında tam 48 dəfə dövr edib. O, kosmosda təxminən üç gün qalıb, bitkilər və heyvanlar üzərində təcrübələr aparıb, məlumatlar toplayıb və orqanizminin dəyişliklərini izləyib. Lakin bu səyahət göründüyü kimi problemsiz olmayıb. Gəmi səhv orbitə daxil olaraq Yer planetindən uzaqlaşmağa başlayıb.

Bu kritik məqamda Tereşkova təlimlərində öyrəndiklərini işlədərək idarəetmə sistemində düzəlişlər edib və gəmini düzgün orbitə qaytarıb. Bu vacib müdaxilə, bəlkə də onun həyatını xilas edib. Lakin o bu sistem xətasını 30 il boyu gizli saxlayıb.

Tereşkovaın kosmosdakı uğurları dünya mediasında böyük rezonans doğurub, lakin Amerika mediası onun kifayət qədər "ixtisaslı" olmadığını iddia edib. Hətta bəzi nəşrlərdə "mavi gözlü, sarışın" bir kosmonavtın onun yerinə getməsinin daha münasib olacağı irəli sürülüb. SSRİ mediası da tam fərqli deyildi. Bəzi alimlər Tereşkovaın kosmosda "histerik" olduğunu bildirirdi. Halbuki onun yaşadığı mədə bulanması, kosmosa gedən əksər insanlarda rast gəlinən adi bir hal idi.

Bütün bu ittihamlara baxmayaraq, Tereşkova geri addım atmayıb. O, qadın kosmonavtların kənar tutulmasına qarşı çıxıb və "Yer üzərində qadınlar kíşilərlə eyni riskləri daşıyırlarsa, kosmosda nə üçün daşımamalıdırlar?" sözləri ilə sistemin patriarxal quruluşuna meydan oxuyub.

Tereşkova kosmos missiyasından sonra da fəal idi. Jukovski Hərbi Hava Akademiyasında oxuyub, mühəndislik üzrə elmlər doktoru adını alıb. SSRİ dövründə siyasətə qoşulub, qadın hüquqları və elmi tərəqqi sahəsində fəal rol oynayıb. SSRİ-nin dağılmasından sonra da ölkədə nüfuzlu bir dövlət xadimi kimi tanınmağı davam edib.

2007-ci ildə, 70 yaşında, o, Marsa getməyə könüllü olub: "Pulum olsa, Marsa getmək istərdim. Qayıtmasam da, olar. Bu ilk kosmonavtların arzusudur".

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et