Tesla, 2024-cü ilin ilk rübündə 336,681 elektrikli avtomobil tədarük edərək son iki ilin ən zəif rüblük satış nəticəsini göstərib. Analitiklərin gözləntiləri 408,000 avtomobil olmasına baxmayaraq, şirkət bu rəqəmə çata bilməyib.

Satışların azalmasının əsas səbəblərindən biri, Tesla-nın baş direktoru İlon Maskın əleyhinə artan ictimai narazılıq və onun siyasi fəaliyyəti ilə bağlı reaksiyalar hesab olunur. Maskın rəhbərlik etdiyi DOGE adlı müşavirə qurumu, minlərlə federal işçini işdən çıxarıb və bir sıra dövlət agentliklərini ləğv etməyə çalışıb. Bu addımlar cəmiyyətdə narazılıq yaradıb və Tesla-nın imicinə mənfi təsir edib.
Son həftələrdə “Tesla Takedown” adlı genişmiqyaslı etirazlar başlayıb və bu da həm ABŞ-də, həm də beynəlxalq bazarlarda Tesla-nın satışlarının azalmasına səbəb olub. Bir sıra analitiklər bu tendensiyanı nəzərə alaraq, Tesla-nın rüblük satış proqnozlarını 400,000 avtomobildən aşağı endirib.
Müşahidəçilər, İlon Maskın siyasətlə məşğul olmasının Tesla-nın bazar mövqeyinə mənfi təsir etdiyini və bunun şirkətin gələcək göstəricilərinə də təsir edə biləcəyini bildirirlər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
