Tesla'nın satışları rəhbəri İlon Maska qarşı reaksiyalardan sonra son üç ilin ən aşağı səviyyəsinə düşüb.
Elektrikli avtomobil istehsalçısı 2025-ci ilin ilk üç ayında təxminən 337000 elektrik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azalma deməkdir.
Tesla səhmləri gözlənilmədən aşağı satış rəqəmlərinin açıqlanmasından sonra çərşənbə günü səhər ticarətində ucuzlaşıb.
Şirkət Çin firması BYD tərəfindən artan rəqabətlə üzləşir. Bununla belə, ekspertlər hesab edirlər ki, Maskın Tramp administrasiyası ilə bağlı mübahisəli mövqeyi də bu geriləməyə təsir göstərib.
Tesla isə satışların azalmasını ən populyar avtomobilinin yeni versiyasına keçidlə əlaqələndirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
