Bu gün:

Yüksək Səviyyəli İqtisadi Dialoq (HLED) görüşü


Türkiyə-Avropa İttifaqı (Aİ) Yüksək Səviyyəli İqtisadi Dialoq (HLED) görüşü 6 ildən sonra sabah Brüsseldə keçiriləcək. Nazir Şimşəkin iştirakı ilə keçiriləcək görüş tərəflər arasında iqtisadi əlaqələrin sürətləndirilməsi və strateji əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyətlidir.

Kanalların inkişafı məqsədilə 29 noyabr 2015-ci il tarixində keçirilən Türkiyə-Avropa İttifaqı Zirvə görüşündə HLED mexanizminin yaradılması qərara alınıb. Bu çərçivədə 2016, 2017 və 2019-cu illərdə üç görüş keçirilib. Birinci və üçüncü toplantılara Türkiyə, ikinci toplantıya isə Belçika ev sahibliyi edib.

Nəhayət, 2024-cü ilin dekabrında Aİ Ümumi Məsələlər Şurasının iclasında dialoqun canlandırılması qərara alınıb. Bu qərar Aİ-nin dövlət və hökumət başçıları sammitində təsdiqlənib və rəsmi müstəviyə keçib.

Bu çərçivədə yeni dövrün ilk iclası aprelin 3-də Brüsseldə keçiriləcək.

Açılış çıxışlarını xəzinə və maliyyə naziri Mehmet Şimşək, Aİ-nin iqtisadiyyat və məhsuldarlıq komissarı Valdis Dombrovskis və AB-nin genişlənmə üzrə komissarı Marta Kos edəcək.

Görüş tərəflər arasında iqtisadi əlaqələrin sürətləndirilməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Maliyyə nəhəngləri də iştirak edəcək

İclas iki əsas hissədən ibarət olacaq. Birinci hissədə Türkiyə və AB-nin nazirlər səviyyəsində makroiqtisadi baxışları, rəqabət qabiliyyəti sahəsində atılacaq addımlar və struktur islahatları müzakirə ediləcək. Bu iclaslara nazir Şimşək və komissar Dombrovskis həmsədrlik edəcək.

İkinci hissədə Türkiyə və AB iş dünyasının aparıcı nümayəndələri nazirlər və komissarlarla görüşəcək, birgə investisiya və ticarət imkanlarını dəyərləndirəcək.

İclaslarda Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnkişaf Şurası Bankı kimi Avropada yerləşən maliyyə qurumlarının yüksək vəzifəli rəhbərləri də iştirak edəcəklər.

Nazir Şimşək görüşlər çərçivəsində Dombrovskis və Kos ilə də ikitərəfli görüşlər keçirəcək. Görüşlər zamanı əlaqələrin gələcəyi və mümkün əməkdaşlıq sahələri müzakirə olunacaq.

Mənbə:TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et