Güzgülər gündəlik həyatımızda tez-tez qarşılaşdığımız, estetik və ya praktiki məqsədlər üçün istifadə etdiyimiz alətlərdir. Ancaq güzgülərin ixtirasının tarixi prosesdə daha dərin mənası var. Əsrlər boyu insanlar gözəlliklərini və qüsurlarını görmək üçün müxtəlif üsullar sınayıblar. Güzgülər əslində nə vaxt və necə icad edilib? Bu ixtiranı hansı mədəniyyətlər inkişaf etdirib?

Güzgü nə vaxt icad edilib?
Güzgülərin tarixi qədim dövrlərə gedib çıxır. İlk dövrlərdə insanlar su səthlərində, parlaq daşlarda və müxtəlif materiallarda öz əksini görməyə çalışıblar. Lakin güzgülərin müasir mənada istifadəsi miladdan əvvəlki dövrə təsadüf edir.
Venesiyalılar və güzgü istehsalı:
17-ci əsrdə Venesiya Respublikası güzgü istehsalında böyük irəliləyiş əldə edib. Venesiyalılar güzgülərin səthinə metal təbəqələr əlavə etmək üsullarını kəşf edərək şüşə istehsal üsullarını təkmilləşdiriblər. Bu, güzgüləri daha parlaq və daha davamlı edib.
Venesiyalılar güzgü istehsalının sirrini qorumaq üçün fabriklərini Murano adasına köçürüblər. Bu məxfilik sayəsində dövrün ən qiymətli güzgülərini istehsal edən Venesiya güzgüləri yalnız zəngin və zadəgan təbəqəyə təqdim edərək böyük sərvətlər qazanıb.
Güzgülərin hazırlanmasında yeniliklər:
Zamanla güzgülərin istehsal texnologiyaları dəyişib. Əvvəlcə metal təbəqələrdən istifadə edilən güzgülər, sonda şüşə təbəqələrlə əvəz olunub. 1835-ci ildə alman kimyaçısı Justus von Liebig şüşə üzərinə nazik bir metal təbəqə əlavə edərək yeni bir üsul hazırlayıb. Bu yeni üsul şüşə güzgülərin istehsalında inqilab edib və onları daha praktik hala gətirib.
Günümüzdə güzgülər təkcə şəxsi qulluq üçün deyil, həm də bəzək və təhlükəsizlik məqsədləri üçün istifadə olunur. Xüsusilə mağazalar, otellər və ictimai nəqliyyat vasitələrində təhlükəsizlik məqsədi ilə geniş bucaqlı güzgülərə üstünlük verilir. Bundan əlavə, konkav və qabarıq güzgülər mikroskoplarda, teleskoplarda və stomatoloji alətlərdə mühüm rol oynayır.
Güzgü ixtirası bəşər tarixində ən qədim və ən mühüm ixtiralardan biridir. Əvvəlcə sadə materiallardan hazırlanmış əks etdirici səthlər zaman keçdikcə mürəkkəb və incə texnika ilə istehsal oluna bilən cihazlara çevrilib. Venesiyalılar tərəfindən hazırlanmış güzgü hazırlama texnikaları bu sahədəki ən mühüm yeniliklərdən biridir və bu gün də təsirini davam etdirir. Müasir dünyada güzgülər təkcə şəxsi istifadə üçün deyil, həm də müxtəlif sənaye sahələrində mühüm rol oynayır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
