Bu gün:

"Oracle" məlumat sızmalarına görə tənqid olunur


Texnologiya nəhəngi "Oracle", iki ayrı məlumat sızmasının idarə olunması ilə bağlı sərt tənqidlərə məruz qalıb. Şirkət insidentlərdən birini inkar etsə də, digəri "Oracle Health" bölməsinə aid xəstə məlumatlarının sızması ilə bağlıdır.

Məlumata görə, insidentlərdən biri hələ də davam edir, lakin "Oracle" bu sızmanın baş verdiyini rəsmi olaraq qəbul etmir. Digər hadisə isə şirkətin səhiyyə texnologiyaları bölməsi "Oracle Health"ə aid olub və xəstə məlumatlarının təhlükəyə atıldığı bildirilib.

"Oracle Health" xəstəxanalara və səhiyyə müəssisələrinə pasiyent qeydlərinə onlayn çıxış imkanı verən texnologiyalar təqdim edir. Bu bölmə, "Oracle"ın 2022-ci ildə 28 milyard dollara satın aldığı elektron səhiyyə qeydləri şirkəti "Cerner" ilə birləşdirilib.

"Bloomberg və Bleeping Computer"in hesabatlarına görə, sızma nəticəsində xəstə məlumatları təhlükəyə məruz qalıb. Lakin oğurlanan məlumatların növü və bu hadisədən təsirlənən təşkilatlar hələ ki, dəqiq bilinmir.

Şirkət insidentlə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.


Mənbə:Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə




Paylaş
Şərh əlavə et