İsrail ordusunun Livanın paytaxtı Beyrutun cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
![]()
Bu barədə NNA rəsmi xəbər agentliyi məlumat yayıb. Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, hava hücumunda 3 nəfərin həyatını itirdiyi, 7 nəfərin isə yaralandığı bildirilib.
İsrail Ordu Sözçüsü Avichay Adraee X hesabında verdiyi açıqlamada paytaxt Beyrutun cənubunu döyüş təyyarələri ilə bombaladıqlarını bildirib.
Martın 28-də Livanın cənubundan ölkənin şimalına raketlər atıldığını açıqlayan İsrail ordusu ardıcıl hava hücumları ilə Livanın cənubunu və paytaxt Beyrutu hədəf alıb.
İsrail döyüş təyyarələrinin bu hücumu 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman idi.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
