Bu gün:

İslandiyanın məşhur turistik məkanları boşaldılır


İslandiyada vulkan püskürməsi yaxınlıqdakı Grindavik və Blue Lagoon turistik məkanını boşaltmağa məcbur edib. 

İslandiyanın cənub-qərbində vulkan təhlükəsi səbəbilə yaxınlıqdakı icmanın və İslandiyanın ən böyük turistik yerlərindən biri olan Blue Lagoon spasının evakuasiyasından bir neçə saat sonra vulkan püskürməyə başlayıb.

Qrindavik şəhəri yaxınlığında vulkanik yarığın açılması zamanı alov və tüstü havaya yayılıb, burada 40-a yaxın ev evakuasiya edilib. 2024-cü ildə 800 ildir hərəkətsiz qalan vulkan canlandıqdan sonra Reykjanes yarımadasında yerləşən əhali köçürülüb.

Veb-kameralar ərimiş qayaların yaşayış yerlərinə doğru hərəkətini göstərib.

"Maqma axını yerli vaxtla səhər saat 6:30-da başlayıb və əvvəlki püskürmələrə bənzər güclü zəlzələ ilə müşayiət olunub", - İslandiya Met-Ofisi bildirib.

İslandiya Şimali Atlantikada vulkanik qaynar nöqtənin üstündə oturur. Son dövrlərin ən dağıdıcı hadisəsi 2010-cu ildə atmosferə kül buludları səpən və transatlantik hava səyahətini pozan Eyjafjallajokull vulkanının püskürməsi olub.

İslandiya 2024-cü ildə Qrindavik yaxınlığında ən azı yeddi vulkan püskürməsi görüb və bu, şəhərin boşaldılmasına səbəb olub. Ölkənin Mülki Müdafiə Agentliyinin məlumatına görə, yeddinci püskürmədən sonra insanlar balıqçı kəndindəki 50-yə yaxın evdən təxliyə edilib.

İslandiya 33 aktiv vulkanik sistemə ev sahibliyi edir ki, bu da digər Avropa ölkələrindən daha çoxdur. O, iki tektonik plitə arasındakı yarığın üstündə yerləşir və bu, ada ölkəsini zəlzələlərə və vulkan püskürmələrinə qarşı həssas edir.

Mənbə: CBS news
Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et