Bu gün:

Amazon Nova Akt süni intellekt agentini təqdim edib


Amazon şirkəti yeni süni intellekt (Sİ) agenti Nova Akt-ı təqdim edib. Bu agent veb brauzeri idarə edərək müstəqil şəkildə müəyyən tapşırıqları yerinə yetirə bilir.

Şirkət eyni zamanda Nova Akt SDK adlı alətlər dəstini də istifadəyə verib. Bu vasitə tərtibatçılara Nova Akt əsasında yeni Sİ agent prototipləri yaratmağa imkan verir.

Nova Akt, Amazon-un San-Fransiskoda yeni açdığı AGI laboratoriyasında hazırlanıb. Bu Sİ modeli, həmçinin şirkətin Alexa+ səs köməkçisinin növbəti versiyasının əsas funksiyalarını gücləndirəcək.

Hazırda təqdim olunan Nova Akt versiyası tam formalaşmamışdır və Amazon onu "tədqiqat önizləməsi" adlandırır.

Tərtibatçılar Nova Akt alətlər dəstinə və digər Nova Sİ modellərinə nova.amazon.com saytı vasitəsilə daxil ola bilərlər.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et