Bu gün:

Tramp TikTok-un alınmasının təsdiqlənməsi üçün Çinə tarifləri azalda bilər


ABŞ prezidenti Donald Tramp Çində yerləşən TikTok proqramının ABŞ şirkətinə satışını təsdiqləmək müqabilində tarifləri azalda biləcəyi barədə Pekinə mesaj göndərib.

Tramp Oval Ofisdə gündəmlə bağlı sualları cavablandırıb.

ABŞ Prezidenti Tramp TikTok-un ABŞ şirkəti tərəfindən alınması ilə bağlı razılıq əldə edilmədiyi təqdirdə proqram üçün son müddəti uzada biləcəyini söyləyib.

Bunun sosial media platformasında "güclü maraq" olduğunu bildirən Tramp, "TikTok-u almaq üçün bir çox yol var. Ölkəmiz üçün ən yaxşı yolu tapacağıq" deyib. 

Tramp Çinin TikTok alışını təsdiqləməsi lazım ola biləcəyini diqqət çəkərək "Düşünürəm ki, edəcəklər. Bəlkə, onlara tariflərdə biraz azalma və ya təsdiq etmələri üçün bir şey verərəm" deyib.

Tariflərin TikTok-dan "daha dəyərli" olduğunu müdafiə edən Tramp endirimlərin bu mövzuda atılacaq addımlara nümunə olduğunu bildirib.

Tramp səlahiyyətlərinin ilk günündə TikTok-un Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-da 75 gün müddətinə qadağan edilməsini nəzərdə tutan qanunun icrasını dayandıran sərəncam imzalayıb.

ABŞ prezidenti TikTok-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün bunun 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini ifadə edərək "TikTok-u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Çinin də təsdiqi lazımdır, amma əminəm ki, bunu təsdiq edəcəklər. Çin etməsə, biz də tarifləri tətbiq edəcəyik" ,-deyə bildirib. 

Mənbə:TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et