Bu gün:

Regional coğrafiya nədir?


Regional coğrafiya, coğrafiyanın əsas sahələrindən biri olub, dünyanın müxtəlif regionlarının təbii və insan amillərini öyrənən elmdir.

Bu sahə həm fiziki xüsusiyyətləri (iqlim, relyef, su ehtiyatları, bitki örtüyü və s.), həm də insanların bu amillərə təsirini (əhali, iqtisadiyyat, mədəniyyət, urbanizasiya və s.) təhlil edərək hərtərəfli araşdırma aparır.


Regional coğrafiya, dünyanın müxtəlif coğrafi bölgələrini müəyyən etməyə və təsnif etməyə imkan verən bir elm kimi də izah olunur. Bir bölgənin sərhədləri adətən təbii amillər (məsələn, dağlar, çaylar) və ya insan amilləri (dil, mədəniyyət, iqtisadiyyat) əsasında müəyyən olunur. Məsələn, Aralıq dənizi regionu həm coğrafi mövqeyi, həm də iqlimi və bitki örtüyü kimi xüsusiyyətləri ilə seçilir.


Bu elm sahəsi müxtəlif miqyaslarda tədqiq edilə bilər. Qlobal səviyyədə qitələr və geniş regionlar öyrənildiyi halda, yerli miqyasda diqqət daha çox ölkələrə, şəhərlərə və ya kəndlərə yönəlir. Regional coğrafiya tədqiqatları xüsusilə yerli planlaşdırma, ətraf mühitin idarə edilməsi və davamlı inkişaf layihələrində mühüm rol oynayır.


Regional coğrafiyanın əhəmiyyəti

Regional coğrafiya müxtəlif bölgələr arasında müqayisələr apararaq hər bir regionun unikal üstünlüklərini və çətinliklərini anlamağa kömək edir. Beləliklə, kənd təsərrüfatı, turizm və sənaye kimi sektorlarda daha dəqiq qərarlar verilə və bölgələrin potensialı daha səmərəli qiymətləndirilə bilir.


Nəticə etibarı ilə regional coğrafiya dünyada baş verən təbii və bəşəri hadisələri dərk etmək üçün əvəzsiz vasitədir. Bu elm sahəsinin verdiyi məlumatlar müxtəlif sektorlarda həm akademik tədqiqatlarda, həm də gündəlik həyatda istifadə olunur.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et