Avstraliyanın "Earth AI" startapı süni intellekt texnologiyasından istifadə edərək uzun illər diqqətdən kənarda qalan kritik mineral yataqlarını aşkarlayıb.

Şirkətin verdiyi məlumata görə, Şimali Ərazidə (Northern Territory) mis, kobalt və qızıl, Yeni Cənubi Uelsdə (New South Wales) isə gümüş, molibden və qalay yataqları müəyyən edilib. Bu ərazilər Sidneyin 500 kilometr (310 mil) şimal-qərbində yerləşir.
Mütəxəssislər bildirirlər ki, bu kəşf süni intellektin mədən sənayesində istifadəsinin əhəmiyyətini bir daha sübut edir. "Earth AI"nin təhlilləri göstərir ki, gələcəkdə kritik mineralların aşkarlanması sahə məlumatlarının AI tərəfindən emalı sayəsində daha effektiv ola bilər.
Xatırladaq ki, keçən yay "KoBold" adlı başqa bir mədən startapı, Zambiyada dünyanın ən böyük mis yataqlarından birini tapdığını elan etmişdi. "Earth AI"nin kəşfinin miqyası hələ tam müəyyənləşdirilməsə də, mütəxəssislər bunun mədən sənayesinə mühüm təsir göstərə biləcəyini vurğulayırlar.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
