Bu gün:

LED işıq lampası nə vaxt icad edilib?


LED-lər (Light Emitting Diodes) müasir işıqlandırma texnologiyasının təməl daşlarından birinə çevrilib. Lakin bu kiçik, lakin güclü işıq mənbələrinin ixtirası çox qədimlərə gedib çıxır. LED texnologiyasının əsasları 1920-ci illərdə qoyulsa da, bu gün istifadə olunan LED işıq lampalarının inkişafı onilliklər çəkib.

İşıq yayan diodların (LED) əsasları 1920-ci illərdə Rusiyada qoyulub. Lakin o dövrdə praktik istifadə tapa bilməyən bu texnologiya elm adamları tərəfindən inkişaf etdirilməyə davam edib. 1962-ci ildə amerikalı mühəndis Nik Holonyak Jr. ilk praktik, görünən işıq yayan “LED”i icad edib. Bu qırmızı LED rəng elektron göstəricilərdə və siqnal işıqlarında istifadə olunmağa başlayıb.


LED texnologiyasının inkişafı


1960-cı illərin sonundan etibarən LED-lər müxtəlif rəng seçimləri ilə hazırlanıb. İlk yaşıl və sarı LED-lər, ardınca isə 1990-cı illərin əvvəllərində Yapon alimi Şuji Nakamura tərəfindən mavi LED icad edilib. Bu ixtira ağ işıq əldə etmək üçün qapı açıb. Mavi LED-lər, fosfor örtüyü ilə birləşərək, bu gün istifadə olunan ağ LED-lərin əsasını təşkil edib.


1990-cı illərin sonundan etibarən bu lampaların parlaqlığı və səmərəliliyi sürətlə artmağa başladı. 2000-ci illərdə LED-lər ampul şəklində istehsal olunmağa başlayaraq, kommersiya və məişət işıqlandırmasında istifadə edilib. LED işıq lampaları ənənəvi közərmə və flüoresan lampalarla müqayisədə daha az enerji sərfiyyatı və daha uzun xidmət müddəti sayəsində tez bir zamanda populyarlaşıb.


LED texnologiyası


Bu gün LED işıq lampaları ənənəvi işıqlandırma texnologiyalarını böyük ölçüdə əvəz edərək 220 lm/Vt effektivlik əmsalına çatıb. Ağıllı LED lampalar fərqli rəng seçimləri və uzaqdan idarəetmə xüsusiyyətləri ilə müasir işıqlandırmanın əvəzsiz hissəsinə çevrilib.


LED işıq lampaları enerji səmərəliliyi, davamlılığı və ətraf mühitə uyğunluğu ilə işıqlandırma texnologiyasında inqilab edib. Gələcəkdə onların daha da inkişaf edəcəyi və yeni nəsil işıqlandırma sistemlərinin əsasını təşkil edəcəyi gözlənilir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et