Bu gün:

Danimarka qadınları məcburi hərbi xidmətə çağırmağa başlayacaq


Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların da məcburi hərbi xidmətə daxil ediləcəyini açıqlayıb.

Danimarkada qadınlar yalnız könüllü olaraq hərbi xidmətə gedə bilirdilər. Lakin 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət məcburi idi.

Danimarka ilk dəfə qadınları məcburi hərbi xidmətə daxil etməyi və xidmət müddətini uzatmağı planlaşdırdığını açıqlayıb.

Danimarkanın Baş naziri Mette Frederiksen "Biz müharibə istədiyimiz üçün deyil, müharibədən qorunmaq üçün silahlanırıq",- deyə bildirib.

Danimarka hökuməti qarşıdakı 5 ildə müdafiə büdcəsini 6 milyard dollar artıraraq NATO-nun xərcləmə hədəflərinə çatmaq istədiyini elan edib.

Tam cinsiyyət bərabərliyi təmin olunacaq

Avropada hərbi xərclər Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra artıb. Çərşənbə günü yeni planlarını açıqlayan Danimarkanın Baş naziri Frederiksen bunun "tam cinsiyyət bərabərliyi təmin edəcəyini" də əlavə edib.

Hərbi xidmət müddəti 11 aya uzadılır

Norveç və İsveçdən sonra Danimarka bunu həyata keçirən üçüncü Avropa ölkəsi olacaq.

Ötən il hərbi xidmətə gedən 4,700 nəfərin təxminən dörddə biri qadın olub.

Mövcud şərtlərə görə, bu 4 ay olan hərbi xidmət müddəti həm kişilər, həm də qadınlar üçün 11 aya qaldırılacaq.

Təxminən 6 milyon əhalisi olan ölkədə 9 mini peşəkar olmaqla 20 min hərbçi var.


Mənbə: TRT Haber 

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et