Bu gün:

Adolescence dramı mühüm dönüş nöqtəsidir


Shropshire fəalı Tess Burgess Adolescence serialının uşaqlar və smartfon istifadəsi ilə bağlı müzakirələrdə mühüm dönüş nöqtəsi olduğunu bildirib.

Netflix-in dörd seriyalı dramı 13 yaşlı oğlanın sinif yoldaşını öldürməkdə ittiham olunmasını və onun internetdə qadın düşmənçiliyi ideyalarına necə radikallaşdığını göstərir. Serial "incel" mədəniyyəti və sosial medianın təsirini ön plana çıxarır.

Burgess valideynlər və məktəblərin bu təhlükəyə qarşı daha çox tədbir görməli olduğunu vurğulayıb. Smartphone Free Childhood hərəkatı artıq bəzi məktəbləri telefonları tamamilə qadağan etməyə təşviq edib.

Şagirdlər də sosial medianın təhlükələri barədə danışaraq, onun gəncləri zorakılığa təşviq etdiyini bildiriblər. Shrewsbury Academy rəhbərliyi isə telefonları qadağan etməyin tam həll yolu olmadığını, əsas məqsədin uşaqları maarifləndirmək olduğunu qeyd edib.

Mənbə:BBC
Tərcümə etdi: Leila Musayeva 


Paylaş
Şərh əlavə et