Bu gün:

"Galatasaray"da ayrılıq yaxınlaşır


Türkiyə Süper Liqasında liderliyini qoruyan "Galatasaray" klubunun 14 ildir qapısını qoruyan Fernando Muslera ilə bağlı diqqətçəkən bir inkişaf yaşanıb.

Xəbərə görə, təcrübəli qapıçı gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır və artıq şəxsi əşyalarını ölkəsinə göndərib. Bu addım onun mövsümün sonunda "Galatasaray"dan ayrılacağına dair iddiaları gücləndirib.

Musleranın müqaviləsi bu mövsümün sonunda başa çatır və hələlik klubla yeni müqavilə imzalamaq üçün hər hansı bir addım atılmayıb. "Galatasaray" rəhbərliyinin qapıçı ilə bağlı gələcək planları barədə rəsmi açıqlama verilməyib.

Fernando Muslera "Galatasaray" forması ilə bir çox uğurlara imza atıb və klub tarixində əfsanəvi adlardan biri kimi yadda qalıb. Mövsümün sonunda ayrılarsa, bu, "Galatasaray" üçün böyük bir dəyişiklik olacaq.

Mənbə: NTV Spor

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et