Bu gün:

Türkiyədə qanunsuz aksiyalar zamanı 1418 şübhəli saxlanılıb


Daxili İşlər Naziri Ali Yerlikaya 19 mart tarixindən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaqa dair keçirilən etiraz aksiyalarında 1418 şübhəlinin saxlanıldığını açıqlayıb.

Nazir Yerlikaya İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başladılan korrupsiya və terror istintaqı çərçivəsində baş verən qanunsuz aksiyalarda son 6 gündə 1418 şübhəlinin saxlanıldığını bildirib.

Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada aşağıdakı ifadələrə yer verib:

"Küçələri terrora sürükləməyə çalışanlara əsla güzəşt edilməyəcək"

"19 mart 2025-ci ildən etibarən keçirilən qanunsuz aksiyalarda bu günə qədər 1418 şübhəli saxlanılıb. Hazırda 979 şübhəli nəzarət altındadır, bu gün isə 478 nəfər məhkəmə orqanlarına təqdim ediləcək. Küçələri terrora sürükləməyə çalışanlara, milli və mənəvi dəyərlərimizə, polislərimizə hücum edənlərə heç bir güzəşt edilməyəcək.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın mərhum anasına və ailəsinə təhqir yağdıranları bir daha lənətləyirəm.

Təhlükəsizlik qüvvələrimiz hüquqdan aldığı güclə, əziz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qorumağa davam edəcəkdir."

Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et