Bu gün:

İsrailin Qəzzaya hücumlarında həlak olanlar


İsrail ordusunun səhərin erkən saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında azı 25 fələstinli həlak olub, çox sayda insan yaralanıb.


Səhiyyə mənbələrindən alınan məlumata görə, Qəzzanın müxtəlif bölgələrinə edilən İsrail hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla azı 25 fələstinli həyatını itirib.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Əbu Hatir ailəsinə məxsus evin hədəfə alınması nəticəsində 4 nəfər həlak olub.

Şəhərin mərkəzində məcburi köçkünlərin yaşadığı çadırlara edilən bomba hücumunda isə Əbu Səmrə ailəsindən azı 6 nəfər həyatını itirib və yaralananlar olub.

Xan Yunisdə bir avtomobil təmir emalatxanası və əl-Attar bölgəsinə təşkil edilən hücumda 5 nəfər həlak olub, çox sayda insan isə yaralanıb.

İsrail ordusunun Qəzzanın mərkəzində yerləşən Nusəyrat Qaçqın Düşərgəsindəki çadırlara təşkil etdiyi hücumlarda isə 6 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Qəzza şəhərinin şərqindəki Şucaiyyə məhəlləsinə edilən intensiv hücumlarda isə 4 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 50 min 82-yə, yaralıların sayı isə 113 min 408-ə yüksəlib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et