Bu gün:

Türkiyədə minlərlə insan niyə etiraz edir?


Türkiyədə on minlərlə insan prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinə etiraz edir. 

Etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrlə atəş açılıb.

Etirazlara səbəb nə oldu?

Martın 19-da İstanbulda aparıcı müxalif siyasətçi Əkrəm İmamoğlunun həmin gün həbs olunması ilə nümayişlər başlayıb.

İmamoğlunun dünyəvi Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizəd seçilməsinə günlər qalıbmış. O, simvolik səsvermədən sonra bazar günü həbsxana kamerasından 2028-ci il seçkilərində partiyanın namizədi kimi təsdiqlənib.

Prokurorlar İmamoğlunu korrupsiyada ittiham edir, o isə bunu rədd edir. İstintaq çərçivəsində 100-dən çox adam da saxlanılıb.

O, bazar günü rəsmi olaraq həbs edilib və "cinayət təşkilatı yaratmaq və idarə etmək, rüşvət almaq, hədə-qorxu ilə pul tələb etmək, şəxsi məlumatları qanunsuz olaraq qeydə almaq və tenderdə saxtakarlıq etmək"də ittiham olunub. Bununla yanaşı, o, İstanbul bələdiyyə sədri vəzifəsindən də uzaqlaşdırılıb.

Onun CHP partiyası həbsin "növbəti prezidentimizə qarşı çevriliş" olduğunu bildirib və tərəfdarlarını etiraz olaraq küçələrə çıxmağa çağırıb.

Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et