ABŞ-nin aparıcı vençur kapitalı şirkətlərindən biri olan Sequoia, Vaşinqton, D.C-dəki ofisini bağlamaq qərarına gəlib. TechCrunch xəbər verir ki, şirkət mart ayının sonunda siyasət komandasını buraxacaq.

Bu qərar, Silikon Vadisinin digər iri vençur kapitalı firmalarının Kapitoli təpəsi və yeni Tramp administrasiyası ilə əlaqələrini gücləndirdiyi bir vaxtda gəlib. Məsələn, Andreessen Horowitz şirkəti siyasət sahəsinə daha çox diqqət ayırır və bir neçə tərəfdaşı Ağ Evdə mühüm vəzifələrə gətirilib. Həmçinin, şirkət keçmiş respublikaçı konqresmen Patrik MakHenrini müşavir kimi işə qəbul edib.
Sequoia Vaşinqton ofisini beş il əvvəl açmışdı. Şirkətin məqsədi tənzimləyici məsələlərdə şirkətlərə dəstək olmaq və siyasətçilərlə əlaqələri gücləndirmək idi.
Şirkət "TechCrunch"a verdiyi açıqlamada bildirib ki, siyasət komandasının “strateji rəhbərliyi və səyləri” nəticəsində Sequoia artıq ABŞ və Avropadakı əlaqələrini daha da möhkəmləndirmək üçün yaxşı mövqedədir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
