Bu gün:

Nigerdə məscidə edilən terror hücumu


Nigerin cənub-qərbində bir məscidə edilən hücum nəticəsində azı 44 nəfər həlak olub. Hücum səbəbindən 3 günlük ümummilli matəm elan edilib.

Daxili İşlər Naziri Mohamed Toumba dövlət televiziyası vasitəsilə verdiyi açıqlamada Kokorou bölgəsindəki Fonbita kəndində dünən bir məscidə təşkil olunan terror hücumu nəticəsində azı 44 nəfərin həyatını itirdiyini bildirib.

Nazir Toumba 4-ü ağır olmaqla 13 nəfərin yaralandığını və hücumun İŞİD-lə əlaqəli terror qrupları tərəfindən həyata keçirildiyini qeyd edib.

Digər tərəfdən, hökumət hücum səbəbindən bu gündən etibarən 72 saatlıq ümummilli matəm elan edib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova 


Paylaş
Şərh əlavə et