Finlandiya illik "Dünya Xoşbəxtlik Hesabatı"da ardıcıl 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi oldu.
Oksford Universitetinin Rifah Araşdırma Mərkəzi “2025-ci ilin ən xoşbəxt ölkələri hesabatını” dərc edib. Finlandiya 147 ölkənin yer aldığı siyahıda birinci yeri tutub və ardıcıl 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub. Üçüncü yerdə Danimarka, İslandiya və İsveç qərarlaşıb. Ötən ildən sonra ABŞ bu il yenidən siyahıda ilk 20-liyə daxil ola bilməyib. Ötən il 23-cü yerdə olan ölkə bu il 24-cü yerə düşüb. Kosta Rika və Meksika ilk dəfə olaraq ən xoşbəxt 10 ölkə arasında yer alıb.
Dünyanın ən xoşbəxt 10 ölkəsi; Finlandiya, Danimarka, İslandiya, İsveç, Hollandiya, Kosta Rika, Norveç, İsrail, Lüksemburq və Meksika kimi siyahıya alınıb. Siyahıda Almaniya 22-ci, İngiltərə 23-cü, Fransa 33-cü, İspaniya 38-ci və İtaliya 40-cı yerdə qərarlaşıb. Ötən il 98-ci olan Türkiyə bu il 94-cü yerə yüksəlib. Müharibənin davam etdiyi Ukrayna 105-ci yerdən 111-ci yerə enib, Rusiya isə 72-ci yerdən 66-cı yerə yüksəlib. Əfqanıstan 147-ci ölkə olaraq siyahının sonunda qərarlaşıb. Dünya Xoşbəxtlik Hesabatı hazırlanarkən iştirakçılardan həyatlarını 10 ilə 0 arasında qiymətləndirmələri istənilib. Rifah Araşdırmaları Mərkəzi suala əlavə olaraq, hesabata daxil olan ölkələrdə adambaşına düşən milli məhsul, sosial dəstək, sağlam ömür uzunluğu, azadlıq, yardım fəaliyyətləri və korrupsiya nisbəti dəyişənlərini də qiymətləndirilib.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva