Planetimizdə inanılmaz və nadir təbii hadisələr baş verir. Bunlardan bəziləri:
1. Ölümün buz barmaqları
Bu nadir hadisə soyuq okean sularında meydana gəlir. “Buz barmaqları” adlanan bu formalar suyun dibinə doğru hərəkət edir və qarşısına çıxan hər şeyi dondurur.
2. Qanlı şəlalələr
Antarktidadakı Teylor buzlağından qırmızı rəngli su axır və bu, “qanlı şəlalə” effekti yaradır. Bunun səbəbi suyun tərkibində yüksək miqdarda dəmir olmasıdır. Hava ilə təmasda oksidləşərək qırmızı rəng alır.
3. İnci buludlar
Bu nadir buludlar stratosferdə, 15–25 km yüksəklikdə əmələ gəlir və parlaq, göy qurşağı rəngləri ilə seçilir. Onlar çox aşağı temperaturda formalaşır və ozon qatının zədələnməsi ilə əlaqələndirilir.
4. Biolüminessensiyalı dalğalar
Dünyanın bəzi çimərliklərində gecə saatlarında dalğaların parlaq işıq saçdığı müşahidə olunur. Bu hadisə, hərəkət zamanı işıq saçan biolüminessensiyalı mikroorqanizmlərin sayəsində baş verir və sanki “ulduzlu dəniz” görüntüsü yaradır.
5. Hərəkət edən daşlar
ABŞ-dakı Ölüm Vadisində qəribə bir fenomen baş verir – daşlar öz-özünə hərəkət edir və arxalarında uzun izlər buraxır. Alimlər bunun külək, buz və gil səthin kombinasiyası ilə əlaqəli olduğunu düşünürlər.
Mənbə: Royalcheese
Tərcümə etdi: İbrahim Çobanlı