ABŞ federal məhkəməsi İlon Mask-ın Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərliyinin Konstitusiyanın təyinatlarla bağlı maddəsini pozduğunu bəyan edib.

Merilend ştatının ABŞ Dairə Məhkəməsinin hakimi Teodor Çuanq verdiyi rəsmi rəyə əsasən, Mask hökumətin açıqladığı kimi "xüsusi müşavir" deyil, əslində DOGE-nin rəhbəri kimi fəaliyyət göstərir. Hakim bildirib ki, Donald Trump və Mask-ın bəyanatları bunu sübut edir.
Bu qərar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) anonim əməkdaşlarının Mask və DOGE-yə qarşı qaldırdığı iş çərçivəsində çıxarılıb. Çuanq həmçinin qeyd edib ki, Mask-ın USAID-i bağlaması və bunu "taxta doğrayan maşına atmaq" kimi təsvir etməsi də ehtimal ki, konstitusiyaya ziddir.
Məsələ ilə bağlı hələki nə İlon Mask, nə də hökumət rəsmi açıqlama verib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
