Vaşinqtonun Cənubi Afrikanın Afrikaner icmasını köçürmə təklifi fonunda təxminən 70000 Cənubi Afrikalı ABŞ-ə köçməkdə maraqlıdırlar.
ABŞ-dəki Cənubi Afrika Ticarət Palatası (Saccusa) on minlərlə insanın veb-saytlarında qeydiyyatdan keçdiyini bildirib.
Fevral ayında Prezident Donald Tramp Afrikanerlərin, əsasən, 17-ci əsrdə gəlmiş hollandiyalı mühacirlərin nəsillərinin "haqsız irqi ayrı-seçkiliyin qurbanı" olduğunu əsas gətirərək onların ABŞ-də qaçqın kimi qəbul edilə biləcəyini deyib.
Yanvar ayında Tramp prezident seçildikdən sonra ABŞ və Cənubi Afrika arasındakı münasibətlər gərginləşib.
Saccusa maraqlanan şəxslərin siyahısını ABŞ-nin Pretoriyadakı səfirliyinə təqdim etdiyini açıqlayıb və səfirlik rəsmisi siyahının alındığını təsdiqləyib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
