Çinin üç mühərrikli və quyruqsuz dizayna malik 6-cı nəsil döyüş təyyarəsi J-36 ikinci sınaq uçuşunu həyata keçirib.

Təyyarənin ilk uçuşu 26 dekabr 2024-cü ildə Sişuanın Çenqdu şəhəri yaxınlığında həyata keçirilib. Bu tarix Çin Xalq Respublikasının qurucusu Mao Zedunun doğum gününə təsadüf etdiyi üçün diqqət çəkib.
J-36 almaz formasında dəyişdirilmiş delta qanad quruluşu ilə seçilir. Bu dizayn təyyarənin gizliliyini artırır, eyni zamanda aerodinamik üstünlüklər və daha çox yanacaq tutumu təmin edərək onu uzun mənzilli əməliyyatlar üçün uyğun edir.
Təyyarənin üç mühərrikli konfiqurasiyası daha yüksək itmə gücü, təkmilləşdirilmiş manevr qabiliyyəti və ağır yükləmə qabiliyyəti təklif edir. Bu konfiqurasiya ilə J-36-nın maksimum 2,5 Mach sürətinə çata biləcəyi təxmin edilir.
J-36-nın dizaynı Çinin pilotsuz döyüş təyyarələri (PUA), istiqamətləndirilmiş enerji silahları, elektron müharibə və ağıllı döyüş sursatlarının inkişafı ilə üst-üstə düşür. Bu , təyyarənin 6-cı nəsil döyüş təyyarəlləri üçün müəyyən edilmiş yüksək konseptual standartlara uyğun hazırlandığını göstərir .
J-36 və buna bənzər layihələr Çinin hərbi modernləşdirilməsi prosesinin mühüm hissəsi hesab olunur. Ölkənin 6-cı nəsil döyüş təyyarəsi texnologiyasında atdığı addımların qlobal hava gücü balansına təsir edə biləcəyi düşünülür.
Tərcümə etdi: Mina Yadugarlı
Mənbə: Savunmasanayı. Com
