Bu gün:

Silikon Vadisində yeni trend


Silikon Vadisində investorlar və sahibkarlar yeni bir mənəvi yanaşma təbliğ edirlər. Onlar texnologiya sahəsində qərarların yalnız maliyyə qazancı əsasında deyil, xristian dəyərləri və Qərb mədəniyyəti çərçivəsində verilməli olduğunu vurğulayırlar.

Ötən həftə San-Fransiskoda keçmiş bir kilsədə təşkil olunan tədbirdə çıxış edən Anduril müdafiə şirkətinin həmtəsisçisi və Founders Fund investisiya firmasının partnyoru Trae Stephens bu yanaşmanı “yaxşı missiyalar” kimi xarakterizə edib. O, bu ideyanın teoloji əsaslara söykəndiyini bildirib.

Tədbirdə çıxış edən Stephens zarafatla “Mən sözün əsl mənasında silah ticarəti ilə məşğul oluram” deyib və auditoriyanın gülüşünə səbəb olub. Təxminən 200 nəfərin iştirak etdiyi tədbirdə Y Combinator-un CEO-su Garry Tan da yer alıb.

Bu diskussiya, qeyri-kommersiya təşkilatı ACTS 17 Collective tərəfindən təşkil olunan silsilə görüşlərdən biri olub. Sözügedən təşkilat keçən il Michelle Stephens tərəfindən qurulub. O, texnologiya sahəsində çalışanların uğuru yalnız pul və güc kimi meyarlarla ölçdüyünü, bunun isə bəzi insanlarda boşluq və ümidsizlik yaratdığını bildirib. Stephens hesab edir ki, uğur “Allahı, özünü və başqalarını sevmək” anlayışı ilə müəyyən edilməlidir.


Mənbə:Techcrunch 
Tərcümə etdi:Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et