ABŞ-nin deportasiya etdiyi 200-dən çox venesuelalının olduğu təyyarə ABŞ hakiminin Tramp administrasiyasına bunu etməməyi əmr etməsindən bir neçə saat sonra El Salvadora eniş edib.

El Salvador prezidenti Nayib Bukele sosial şəbəkədə bildirib ki, bazar günü səhər Venesuelalı dəstənin 238 üzvü, Tren de Araqua və beynəlxalq MS-13 dəstəsinin 23 üzvü ölkəyə gətirilib.
Onların Mərkəzi Amerika ölkəsinə gəlişi federal hakimin ABŞ prezidenti Donald Trampın deportasiyalara haqq qazandırmaq üçün əsrlər boyu mövcud olan müharibə qanununa istinad etməsinə mane olmasından sonra baş verib. Bukele isə sonrakı paylaşımında buna ironiya ilə yanaşıb.
"Ops... Çox gec",- deyə o yazıb.
ABŞ-nin digər ölkələrdən olduğu iddia edilən cinayətkarları El Salvadora göndərməsi ABŞ dövlət katibi Marko Rubionun əvvəllər "dünyanın hər yerində ən görünməmiş və fövqəladə miqrasiya müqaviləsi" adlandırdığı bir razılaşma çərçivəsində həyata keçirilib.
Bukele bildirib ki, məhbuslar dərhal El Salvadorun Terrorizmlə Mübarizə Mərkəzinə (Cecot) "bir il müddətinə" köçürülüblər. O əlavə edib ki, bu müddət yenilənə bilər və onların orada daha uzun qalması mümkündür.“Birləşmiş Ştatlar onlar üçün çox az, bizim üçün isə yüksək ödəniş ödəyəcək”,– deyə Bukele vurğulayıb.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
