İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, ABŞ və Böyük Britaniyanın hücumlarının hədəfi olan Yəməndəki husilər strateji qərarlarını Tehrandan asılı olmayaraq verirlər. İranın heç vaxt müharibəni başlatan tərəf olmayacağını vurğulayan Səlami "Ancaq kimsə bizi təhdid edərsə, İran güclü, aydın və qəti cavab verəcək" ,– deyə bildirib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında deyib ki, bütün tərəflər Yəməndə “güc tətbiqindən” çəkinməli və “siyasi dialoq” aparmalıdır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında bütün tərəflərin Yəməndə “gücdən istifadə etməkdən” çəkinməli və “siyasi dialoqa” getməli olduğunu bildirib.
İran İnqilab Keşikçiləri Korpusu bəyan edib.
ABŞ və Böyük Britaniyanın hücumlarının hədəfi olan Yəməndəki husilər strateji qərarlarını Tehrandan asılı olmayaraq verirlər. İranın heç vaxt müharibəni başlatan tərəf olmayacağını vurğulayan Səlami, "Ancaq kimsə bizi təhdid edərsə, İran güclü, aydın və qəti cavab verəcək", – deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında deyib ki, bütün tərəflər Yəməndə “güc tətbiqindən” çəkinməli və “siyasi dialoq” aparmalıdır. İran dövlət televiziyasının məlumatına görə, İran İnqilab Keşikçiləri Ordusunun komandanı general-mayor Hüseyn Səlami paytaxt Tehranda keçirilən tədbirdə çıxış edərək, ölkəsini təhdid edən və Yəməndəki husilərin müstəqil hərəkət etdiyini bildirən ABŞ prezidenti Donald Trampa cavab verib, Səlami, “ABŞ prezidenti Ansarullaha və İrana qarşı əməliyyatı bir növ dayandırdıq. bunu həmişə bəyan edib və Mən bu gün İnqilab Keşikçiləri Korpusunun xidmətçisi kimi bəyan edirəm ki, yəmənlilər öz torpaqlarında müstəqil və azad xalqdırlar”. İranlı komandir deyib: Yəmənlilərin müstəqil milli siyasəti var və Ənsarullah Yəmənlilərin nümayəndəsi olaraq öz strateji və əməliyyat qərarlarını verir. İranın hər zaman və hər yerdə etdiyi hərəkətlərə görə məsuliyyəti açıq şəkildə boynuna götürdüyünü bildirən Səlami "Biz gizli fəaliyyət göstərən xalq deyilik. Əksinə, biz dünyada tanınan və hörmət edilən bir sistemik. Əgər harasa hücum etsək və ya kiməsə dəstək etsək, bunu açıq elan edəcəyik. Bütün düşmənləri xəbərdar edirəm, hər hansı təhdid konkretləşərsə, buna sərt və qətiyyətlə cavab verəcəyik",– deyib.
Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin paytaxt Səna və ölkənin şimalındakı Səda şəhərinə endirdiyi hava zərbələri nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 31 nəfərin öldüyünü, 101 nəfərin isə yaralandığını açıqlayıb.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
