Bu gün:

ABŞ hökuməti iqlim fondu ilə bağlı bir neçə hesabı dondurub


ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FBI), Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və Xəzinədarlıq Departamenti Citibank-a bir neçə qeyri-kommersiya təşkilatı və dövlət agentliyinin hesablarını dondurmağı tapşırıb.

TechCrunch mənbəsinə əsasən, Citibank bu faktı çərşənbə günü məhkəmə sənədlərində açıqlayıb. Bildirilib ki, hesablar hələ fevral ayında dondurulub, lakin yeni sənədlər FBI tərəfindən nəzarət edilən qeyri-kommersiya təşkilatlarının tam siyahısını ictimaiyyətə açıqlayıb.

Maliyyə vəsaitlərinin 27 milyard dollarlıq İstixana Qazlarının Azaldılması Fondu çərçivəsində ayrıldığı bildirilib. Bu fond 2022-ci ildə Konqres tərəfindən qəbul edilən İnflyasiyanın Azaldılması Aktı vasitəsilə yaradılıb. EPA bu fond çərçivəsində 14 milyard dollar vəsait alıb və bu məbləğ Milli Təmiz İnvestisiya Fondu vasitəsilə "yaşıl banklar" üçün qrantlar təqdim etmək məqsədilə istifadə edilib.

Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə açıqlamalar gözlənilir.


Mənbə: Techcrunch 

Tərcümə etdi:Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et