Bu gün:

İranın Trampın təhdidinə cavabı


İranın Xarici İşlər Naziri Ərakçi ölkəsini təhdid edərək Yəməndəki Husilərə dəstəyi dayandırmasını tələb edən ABŞ Prezidenti Donald Trampa "İsrailin soyqırımına və terrorizminə dəstəyi dayandırın. Yəmənli insanların öldürülməsini durdurun" sözləri ilə cavab verib.


İranın Xarici İşlər Naziri Abbas Ərakçi "X sosial" media hesabında paylaşdığı mesajda "ABŞ hökumətinin İranın xarici siyasətini diktə etmə səlahiyyəti və ya vəzifəsi yoxdur. O dövr 1979-cu ildə sona çatdı. Bayden ötən il misli görünməmiş şəkildə 23 milyard dolların soyqırımçı rejimə (İsrailə) verilməsi üçün aldadıldı. 60 mindən çox fələstinli öldürüldü və dünya tamamilə ABŞ-ı məsuliyyətli sayır" deyə bildirib.

Abbas Ərakçi ölkəsini təhdid edərək Yəməndəki Husilərə dəstəyi dayandırmasını tələb edən ABŞ-a "İsrailin soyqırımına və terrorizminə dəstəyi dayandırın. Yəmən xalqını öldürməkdən əl çəkin" sözləri ilə cavab verib.

ABŞ Prezidenti Tramp  dünən "Truth Social" hesabında etdiyi açıqlamada Yəməndəki Husilərə qarşı hərbi hücum başlatdıqlarını elan etmişdi.

İran rəhbərliyinə də çağırış edən Tramp "Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını və prezidentini təhdid etməyin, bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyət daşıyan tərəf hesab edəcək və bu məsələdə heç də nəzakətli olmayacağıq." ifadələrini işlədib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et