Bu gün:

Tramp MSNBC və CNN-i "qanunsuz" və "korlanmış" adlandırıb


ABŞ Prezidenti Donald Tramp CNN və MSNBC media qurumlarını onunla bağlı xəbərlərində "qanunsuz" və "korlanmış" olmaqda ittiham edib.

Tramp ABŞ Ədliyyə Nazirliyində etdiyi çıxışda "Haqqımda tam mənasıyla 97,6% nisbətində mənfi xəbərlər verən CNN və MSNBC-nin Demokrat Partiyasının siyasi qolları olduğuna inanıram",- deyə bildirib.

Bu media qurumlarının "korlanmış" və "qanunsuz" olduğunu düşündüyünü qeyd edən Tramp mənfi medianın siyasi nəticələrdən asılı olmayaraq davam etdiyini vurğulayıb.

Tramp "Nə qədər böyük bir qələbə qazandığımın heç bir əhəmiyyəti yoxdur. Tarixin ən böyük qələbəsini qazana bilərəm. Digər tərəfin nə qədər uğursuz olduğu heç fərq etməz",-deyə əlavə edib.


Tramp 22 fevralda "Truth Social" sosial media platformasında paylaşım edərək "MSDNC kimi tanınan MSNBC demokratiyamız üçün bir təhdiddir. Burada bir yığın yalan və təhrif var və başında pis insanlar dayanır", - ifadəsini işlədib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et