Bu gün:

Valideynlər geniş şəkildə nəzarət etməlidirlər


TikTok gənclərin və ailələrin platformadan daha təhlükəsiz istifadə etmələrini təmin etmək üçün Ailə Eşleştirme funksiyasını genişləndirdi. Bu yeniləmə ilə valideynlər övladlarının TikTok təcrübəsini daha yaxından izləyə biləcəklər.

 Övladlarının izlədiyi hesabları və onları izləyən insanları görə biləcəklər.

 Bloklanmış hesabları nəzərdən keçirə biləcəklər.

"Zamanı böyütmə" funksiyası ilə onlar uşaqlarının TikTok istifadə saatlarını təyin edə biləcəklər.

Bu xüsusiyyət məktəb günlərində sosial mediadan istifadəni məhdudlaşdırmaq üçün xüsusi olaraq hazırlanmışdır. Gənclər əlavə vaxt tələb edə biləcəklər, lakin son qərar valideynlərin olacaq.

Gecə rejimi: Saat 22.00-dan sonra internet kəsilir, sakitləşdirici musiqi səslənir və gənclərə yatmaq vaxtının gəldiyini xatırladır.

 Gənclər şikayət etdikləri postları ailələri ilə paylaşa biləcəklər ki, valideynlər övladlarının qarşılaşdığı məzmunlar haqqında daha çox məlumatlı olsunlar.

TikTok zərərli məzmuna qarşı daha güclü filtrasiya sistemləri inkişaf etdirərək uşaqların həssas məzmuna məruz qalmasının qarşısını almağı hədəfləyir.

Bununla belə, təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması ilə bağlı müzakirələr davam edir.


Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et