Mütəxəssislər, sosial media və xəbər platformalarında fasiləsiz neqativ məzmun yayımlamaq vərdişi – doomscrolling barədə xəbərdarlıq ediblər.

TechCrunch-ın yayımladığı məlumata görə, bu vərdiş insanların psixoloji sağlamlığına mənfi təsir göstərir, stres və narahatlıq səviyyəsini artırır. Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdə qeyri-adi və cəlbedici məzmunların qarşısına çıxması insan beyninin davamlı olaraq xəbər axınında qalmasına səbəb olur.
Mövzu ilə bağlı açıqlama verən mütəxəssislər doomscrolling-in qarşısını almaq üçün bir sıra tövsiyələr təqdim ediblər:
1. Ekran vaxtını məhdudlaşdırmaq – Gündəlik sosial media istifadəsi üçün müəyyən vaxt çərçivələri təyin etmək;
2. Müsbət məzmunlara yönəlmək – Neqativ xəbərləri davamlı oxumaq əvəzinə, faydalı və ilhamverici paylaşımlara üstünlük vermək;
3. Fasilələr vermək – Müəyyən müddət texnologiyadan uzaq durmaq və real həyat fəaliyyətlərinə vaxt ayırmaq.
Mütəxəssislər vurğulayırlar ki, doomscrolling pis bir vərdiş olsa da, ondan qurtulmaq mümkündür. Bunun üçün istifadəçilər sosial media istifadəsinə daha şüurlu yanaşmalı və psixi sağlamlıqlarını qorumağa diqqət etməlidirlər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
