Bu gün:

Maskın Tesla şirkəti Trampın tarifləri ilə bağlı narahatlığı artırır


İlon Maskın elektrik avtomobil istehsalçısı Tesla xəbərdarlıq edib ki, Donald Trampın ticarət tariflərinə cavab verən ölkələr ona və digər ABŞ ixracatçılarına zərər verə bilər.

İlon Mask ABŞ prezidentinin yaxın müttəfiqidir və federal hökumətin ölçüsünü azaltmaq səylərinə rəhbərlik edir.


Lakin ABŞ ticarət nümayəndəsinə ünvanlanmış imzasız məktubda Tesla ədalətli ticarəti “dəstəklədiyini” bildirsə də, digər ölkələrin tariflərə cavab verməsi halında ABŞ ixracatçılarının “qeyri-mütənasib təsirlərə məruz qalacağından” narahat olduğunu qeyd edib.


Məktub Trampın Ağ Evdə keçirilən tədbirdə Maska dəstək nümayiş etdirərək Tesla alacağını vəd etdiyi günə təsadüf edir.


İmzasız olduğu üçün məktubu Tesla-da kimin yazdığı və ya Maskın bundan xəbəri olub-olmadığı məlum deyil.


Tesla-nın səhmlərinin qiyməti ilin əvvəlindən bəri 40% ucuzlaşıb. İlon Mask avtomobil istehsalçısının baş icraçı direktorudur və bəzi ekspertlər onun Tramp administrasiyası ilə yaxınlaşmasının brendinə zərər verdiyini iddia etsə də, bazar analitikləri səhmlərin düşməsinin əsas səbəbinin Tesla-nın istehsal hədəflərinə çatmaqda çətinlik çəkməsi və son bir ildə satışların azalması ilə bağlı narahatlıqlar olduğunu bildirirlər.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et