Bu gün:

Meta ABŞ-də "Community Notes" funksiyasını istifadəyə verir


Meta 18 mart tarixindən etibarən Facebook, Instagram və Threads platformaları üçün "Community Notes" (İcma Qeydləri) funksiyasını istifadəyə verəcək. Şirkət bu funksiyanı ilk olaraq ABŞ-də sınaqdan keçirəcək.

"Community Notes" funksiyası, istifadəçilərin paylaşımlara əlavə qeydlər yazaraq dezinformasiyanı düzəltməsinə imkan verir. Bu sistem, Twitter-in 2021-ci ildə təqdim etdiyi və hazırda X platformasında tətbiq olunan kütləvi fakt yoxlama modelinə bənzəyir.

Meta rəhbərliyi bildirib ki, hazırda əsas məqsəd funksiyanı ABŞ-də uğurla tətbiq etməkdir. Şirkət digər ölkələrdə də bu funksiyanı istifadəyə verməyi planlaşdırsa belə Avropa İttifaqında bununla bağlı ehtiyatlı davranır. Səbəb isə Avropa Komissiyasının hazırda X platformasının "Community Notes" funksiyasının effektivliyini araşdırmasıdır.

Meta-nın yeni funksiyası sosial mediada dezinformasiyanın qarşısını almağa kömək edəcəkmi? Bu sualın cavabı funksiyanın istifadəyə verilməsindən sonra daha aydın olacaq.


Mənbə: Techcrunch 
Tərcümə etdi:Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et