Bu gün:

Pakistan qatarının qaçırılması


Mehboob Hüseyn çərşənbə axşamı qatara minərək evə gedərkən ön vaqonun altındakı relslər partlayıb...

Pakistanın mərkəzində, Bolan keçibinin dərinliklərində, heç bir internet və ya mobil şəbəkənin çata bilmədiyi uzaq bir səhra bölgəsində Jaffar Express qatarı dayanıb. Ancaq bu sakitlik uzun sürməyib – birdən güllələr yağmağa başlayıb.

Cənab Hüseyn həmin qatarda olub və baş verənləri belə izah edib:

"Mən hücuma məruz qalan qatarda sərnişin olmuşam".

O, təxminən 440 nəfərlə birlikdə Kvettadan Pişəvərə gedib. Qatar Bəlucistan əyalətinin iğtişaşlı bölgəsindən keçərkən, silahlı yaraqlılar hücum edib. Onlar əvvəlcə relsləri bombalayıb, sonra qatara atəş açıb və vaqonlara hücum edib.

Hücuma görə məsuliyyəti dərhal Bəlucistan Azadlıq Ordusu (BLA) öz üzərinə götürüb. Onlar Pakistan hakimiyyətindən 48 saat ərzində Bəluc siyasi məhbuslarını azad etməyi tələb edib – əks halda, sərnişinlərin çoxunu öldürəcəkləri ilə hədələyiblər.

BLA, bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınan bir qrup olub və onillərdir ki, Bəlucistanın müstəqilliyi uğrunda mübarizə aparıb. Onlar İslamabadı əyalətin zəngin mineral ehtiyatlarını istismar etməkdə və bölgəni laqeydlik içində qoymaqda günahlandırıblar. Bu, BLA yaraqlılarının bölgədəki hərbi düşərgələrə, dəmiryol vağzallarına və qatarlara hücumlarının uzun tarixinin növbəti epizobu olub.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et