Vaşinqton İlon Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti (DOGE), ABŞ hökumətinin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyində (CISA) çalışan 100-dən çox əməkdaşı işdən çıxarıb.

Mənbələrdən əldə olunan məlumatlara görə, işçilər heç bir xəbərdarlıq olmadan dərhal işdən çıxarılıb. Onların şəbəkəyə giriş icazəsi ləğv edilib və bu proses gözlənilmədən baş verib.
İxtisarlar fevral ayının sonu və martın əvvəlində həyata keçirilib. Bu, Tramp administrasiyasından sonra CISA-da baş verən ən böyük kadr ixtisarlarından biri hesab olunur.
İşdən çıxarılan mütəxəssislər arasında “qırmızı komanda” (red team) üzvləri də var. Onlar şəbəkələrdəki zəiflikləri aşkar etmək üçün real hücum ssenarilərini simulyasiya edən kibertəhlükəsizlik ekspertləridir. Mənbələr bildirir ki, bu kəsintilər ABŞ-nin kibertəhlükəsizlik siyasətinə ciddi təsir göstərə bilər.
Mənbə:Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
