Bu gün:

Elektrikli avtomobillərin enerji stanstiyası problemləri


Elektrikli avtomobillərin yayılmasının artması ilə birlikdə enerji stansiyası məsələsində mühüm bir addım atılıb. Artıq bina və sayt parklarında elektrikli avtomobil şarj stansiyası qurmaq daha asan hala gəlib. Bəs bu yeni qayda nələri dəyişdirir və kat maliklərinin razılığı necə müəyyənləşir? 


Elektrikli avtomobillərin istifadəsinin artması, müasir nəqliyyatın gələcəyini formalaşdıran mühüm bir addım olaraq qarşımıza çıxır. Bu avtomobillər ətraf mühitə dost olmaları və davamlı enerji mənbələrindən istifadə etmələri ilə diqqəti cəlb edərkən, eyni zamanda yollarda da sürətlə yayılır.


Lakin, elektrikli avtomobillərin yayılması ilə birlikdə, bu avtomobillərin şarj edilməsi ilə bağlı infrastruktur ehtiyacları da gündəmə gəlməyə başlayıb. Xüsusilə binalar və saytlar kimi toplu yaşayış yerlərində, elektrikli avtomobil sahiblərinin şarj stansiyalarına çıxışı ilə bağlı yaşadığı çətinliklər uzun müddətdir ciddi bir problem olaraq diqqəti cəlb edib.


Ticarət mərkəzlərində, benzin stansiyalarında, şəhərlərarası istirahət obyektlərində şarj stansiyaları mövcud olsa da, bir çox avtomobil sahibi, avtomobilini binasının dayanacağında şarj etmək istəyir. Lakin bu vəziyyət, avtomobil sahibləri ilə bina sakinlərini qarşı-qarşıya gətirir.



Qanunvericilik dəyişikliyi rəsmi qəzetdə dərc olunub

Rəsmi Qəzetdə dərc olunan qayda dəyişikliyi ilə bina və sayt parklarında qurulacaq elektrikli avtomobil şarj stansiyaları üçün tikinti icazəsi alma məcburiyyəti artıq aradan qaldırılıb. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi keçən il valiliklərə göndərdiyi yazı ilə ümumi sahələrdə şarj cihazlarının quraşdırılmasını asanlaşdıran qaydalar tənzimləyib. İndi Planlı Alanlar İnşaat Qaydasında edilən dəyişikliklə bu proses rəsmiləşib.


Qaydanın 59-cu maddəsinə əlavə olunan yeni qayda, sayt və binaların ümumi dayanacaq yerlərində elektrikli avtomobil şarj stansiyalarının quraşdırılması üçün tələb olunan elektrik təchizatının tikinti icazəsinə tabe olmayacağını qeyd edib. Əvvəllər ümumi sahələrdə şarj stansiyasının quraşdırılması üçün kat maliklərinin beşdə dördünün razılığı lazım gəlib. Yeni tənzimləməyə görə bina və saytlarda ümumi istifadədə olan yerlərə şarj stansiyasının quraşdırılması üçün yalnız kat maliklərinin yarıdan çoxunun razılığı kifayət edəcək.


Bəs, bu qərar hansı asanlıqları təmin edəcək? Çoğunluq əldə olunsa belə, bəzi dairələr buna qarşı çıxa bilərmi? Kiracılar da şarj stansiyası tələb edə bilərmi?


Əvvəllər tikinti icazəsi almaq çox mükəmməl bir prosses olub?

Binalarda və saytlarda ümumi istifadədə olan sahələrdə elektrikli avtomobil şarj stansiyalarının quraşdırılması, əvvəllər olduqca mürəkkəb və vaxt alan bir proses olub. Tikinti icazəsi, Planlı Alanlar İnşaat Qaydasının 4/4 maddəsində göstərilən sənədlərdən biri olub. Bu da şarj cihazlarının quraşdırılması üçün qaydalara uyğun hazırlanmış layihənin, quraşdırma aparılacaq yerdəki səlahiyyətli bələdiyyəyə yenidən təqdim edilməsini və əlavə təsdiq prosesindən keçməsini tələb edib.


Tələb olunan və planlaşdırılan elektrikli avtomobil şarj sahələrinin qurulması üçün qayda dəyişikliklərindən əvvəl kat maliklərinin 4/5-nin razılığının alınması məcburi olub. Lakin dəyişikliklə birlikdə artıq yarısından bir az çoxunun razılığı kifayət edəcək.


634 saylı Kat Malikləri Qanununun müddəalarında, kat maliklərinin hansı qaydalara və kifayət qədər sayda toplantı edə biləcəyi tənzimlənir. Bu müddəalara uyğun olaraq iclas qaydalarının həyata keçirilməsi və kifayət qədər qərar qəbul edilməsi halında, hüquqi baxımdan bir problem gözlənilmir. Qərar üçün çoxluq əldə olunsa belə, əks fikir bildirən kat malikləri qərara şərh düşə və imzadan imtina edə bilərlər.


Bəzi avtomobil sahibləri evindən xətt çəkməyi mümkün edən sahə tələb edirlər, bu nöqtədə bir dəyişiklik varmı?

Özünə məxsus dayanacaq sahəsi olan kat maliklərinin şarj cihazlarının quraşdırılması digər sahələrə təsir etmirsə, tamamilə öz səlahiyyətlərində olmağa davam edəcək. Nazirlik nümayəndələri evdə şarjın sadə bir prizlə belə mümkün olduğunu və hər avtomobil sahibinə 22 kW güc təchiz edilməsinə ehtiyac olmadığını xüsusilə vurğulayır. Yeni qayda dəyişikliyi, ümumi sahələrdə şarj stansiyasının quraşdırılmasını asanlaşdıraraq, fərdi xətt çəkmək ehtiyacını azalda bilər.


Əgər çoxluq enerji stanstiyalarına razılıq verirsə, xərclər necə qarşılanacaq?

634 saylı Kat Mülkiyyəti Qanunu Maddə 33-ə görə, kat malikləri iclası tərəfindən verilən qərarlar əleyhinə, iclasda iştirak edən, əks səs verən hər kat maliki qərar tarixindən başlayaraq bir ay ərzində, iclasa qatılmayan hər kat maliki qərarı öyrənməsindən başlayaraq bir ay ərzində və hər halda qərar tarixindən başlayaraq altı ay ərzində əsas daşınmaz əmlakın yerləşdiyi yerdəki sülh məhkəməsinə ləğv iddiası qaldıra bilər.


Elektrikli avtomobil şarj sahəsinin quraşdırılmasına dair bütün kat malikləri iclası çağırış qaydaları ilə qərar kifayət qədər sayda icra olunduqda və Maddə 33 çərçivəsində sözügedən qərar məhkəmə tərəfindən ləğv edilmədikdə, bütün kat malikləri üçün məcburi olacaq. Buna görə də hələ elektrikli avtomobili olmayanlar da bu maddi yükdən torpaq paylarına uyğun olaraq məsuliyyət daşıyacaqlar.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et