Böyük Britaniyanın Baş naziri Keir Starmer, ölkəsinin ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi 25%-lik gömrük rüsumlarına qarşı "bütün seçimlərin masada olduğunu" bildirib.
Baş nazir Starmer Böyük Britaniya Parlamentində keçirilən həftəlik "Baş nazirə suallar" iclasında ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi 25%-lik gömrük rüsumunun qüvvəyə minməsindən sonra məyusluğunu ifadə edib.
Hökumətin bu məsələdə "pragmatik yanaşma" qəbul edəcəyini vurğulayan Starmer "Uğurlu olacağımız təqdirdə gömrük rüsumlarını da əhatə edəcək bir iqtisadi sazişi (ABŞ ilə) müzakirə edirik. Lakin bütün seçimləri masada saxlayacağıq," – deyə bildirib.
Böyük Britaniyanın Maliyyə naziri Ceyms Mörrey və Ticarət naziri Conatan Reynolds da bu gün səhər saatlarında etdikləri açıqlamada Böyük Britaniyanın ABŞ-nin gömrük tariflərinə qarşı pragmatik yanaşmanı qəbul edəcəyini ifadə ediblər.
Reynolds "Pragmatik yanaşmaya fokuslanmışıq və ABŞ ilə əlavə gömrük rüsumlarını aradan qaldıracaq, Britaniya bizneslərinə və iqtisadiyyatımıza fayda verəcək daha genişmiqyaslı bir iqtisadi sazişi tez bir zamanda müzakirə edirik," – deyə qeyd edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova