Bu gün:

Nigeriyada tanker partlayıb: 4 ölü, 14 yaralı


Nigeriyada tanker partlayıb: 4 ölü, 14 yaralı

Nigeriyada qaz daşıyan tankerin partlaması nəticəsində 4 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilib.

Nigeriyanın cənub-qərbindəki Laqos əyalətində qaz tankerinin partlaması nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisə Laqosu ölkənin digər hissələri ilə birləşdirən əsas magistral yolun bir hissəsi olan Otedola körpüsünün altında baş verib. Yük maşınının körpünün yaxınlığındakı yanacaqdoldurma məntəqəsində dönərkən yan üstə yıxıldığı qeydə alınıb.

Nigeriyada 2009-cu ildən bəri tanker qəzalarında 1900-dən çox insanın həyatını itirdiyi bildirilib.

Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et