
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili korrupsiya ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixail Saakaşvilinin korrupsiyada ittiham olunduğu məhkəmə işi üzrə hökm çıxarılıb. Məhkəmənin hakimi Badri Koclamazaşvili iclasda elan edib ki, Saakaşvili dövlət büdcəsini mənimsəməkdə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. Hakim bildirib ki, Saakaşvili prezident olanda Gürcüstanın Dövlət Təhlükəsizlik Xüsusi Xidmətinin rəhbəri olmuş Teymuraz Janaşiya da eyni iş üzrə cərimələnib.
Belə ki, bu gün açıqlanan qərar, 2021-ci ildə qətl işində əfv səlahiyyətindən sui-istifadə etdiyi və prezident olduğu dövrdə deputat Valeri Gelaşvilinin döyülməsi səbəbilə 6 il müddətinə azadlıqdan məhrum edilən Saakaşvili üçün ikinci həbs cəzası olub. Məhkəmənin qərarına əsasən, Saakaşviliyə 2021-ci il oktyabrın 1-dən bu günə qədər həbs cəzası icra edilmiş hesab olunacaq. Müvafiq olaraq, Saakaşvili daha 5,5 il həbsdə qalacaq.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
