Bluesky sosial şəbəkəsinin baş direktoru Jay Graber, SXSW 2025 tədbirində çıxışı zamanı geyindiyi köynəklə Meta rəhbəri Mark Zukerberqə eyham vurub.

Graber səhnəyə qara köynək geyinərək çıxıb. Köynəyin üzərində “Mundus sine caesaribus” ifadəsi yazılıb ki, bu da “Sezarlarsız dünya” mənasını verir. Bu ifadə, Mark Zukerberqin “Aut Zuck aut nihil” yazılı köynəyinə cavab kimi qiymətləndirilir. Zukerberqin köynəyindəki yazı isə “Ya Sezar, ya heç nə” mənasını verən “Aut Caesar aut nihil” ifadəsindən ilhamlanıb.
Bluesky, açıq mənbəli və mərkəzsizləşdirilmiş sosial media platforması kimi Meta-nın mərkəzçi idarəetmə modelinə alternativ olmağa çalışır. Graber-in seçdiyi mesaj isə Bluesky-in əsas prinsipini vurğulayır: sosial media tək bir liderin nəzarəti altında olmamalıdır.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
