Bu gün:

Rusiya Britaniyalı iki diplomatın akkreditasiyasını ləğv edib


Rusiya Xarici İşlər Nazirliyi iki britaniyalı diplomatın qanunu pozduğu səbəbilə akkreditasiyasının ləğv edildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada iki ingilis diplomatın Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verdiyinin və onların İngiltərə kəşfiyyatına işlədiklərinin müəyyən edildiyi bildirilib.


Bu səbəbdə Böyük Britaniyanın Moskva səfirliyinin nümayəndəsinin Nazirliyə çağırıldığı bildirilən bəyanatda qeyd olunub:


"Səfirə məlumat verilib ki, diplomatlar Rusiya qanunlarını pozublar. Moskva Britaniya kəşfiyyatının xəbəri olmayan zabitlərinin fəaliyyətinə dözməyəcək və milli təhlükəsizlik maraqlarından çıxış edəcək. Biz Britaniya vətəndaşlarına Rusiya vizası üçün müraciət edərkən dəqiq və dolğun məlumat vermələrini tövsiyə edirik. London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi lazımi cavab verəcək".


Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün iki britaniyalı diplomatın casusluqda şübhəli bilinərək deportasiya edilməsi barədə qərarın qəbul edildiyini açıqlayıb.


Ötən il Rusiya casusluqda və ölkənin təhlükəsizliyinə qarşı təhlükə törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et