Bu gün:

X platformasında uzunmüddətli giriş problemi var



ABŞ-nin milyarder iş adamı İlon Maska məxsus virtual media platforması X-də uzun müddətli giriş problemi yaşanıb.


Virtual media platformalarının nə vaxt oflayn olduğunu izləyən "Downdetector"un məlumatına görə, X platformasında ilk fasilənin Nyu York yerli vaxtı ilə səhər saat 06:30 radələrində baş verdiyi bildirilib.

İzləmə saytının məlumatına görə, problem bir müddət aradan qaldırıldıqdan sonra saat 09:40 radələrində platformaya girişdə yenidən problemlər artıb və 40 minə yaxın istifadəçi X hesablarının işləmədiyini bildirib.

Sözügedən fasilənin daha çox ABŞ-nin şərq sahillərindəki Nyu-York, Boston və qərb sahilində Los-Anceles kimi sıx məskunlaşan şəhərlərdə baş verdiyi paylaşılıb.

X-ın New York istifadəçiləri üçün əlaqə problemi hələ də davam etsə də, problemlə bağlı Musk və ya platformanın hər hansı bir rəsmisindən hələ heç bir açıqlama verilməyib.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et