Bu gün:

Amazon AWS-də yeni süni intellekt qrupu yaradır


Xarici mənbələrdən əldə olunan məlumatlara görə Amazon, süni intellekt agentləri yaratmaq üçün AWS daxilində yeni bir qrup formalaşdırmağı planlaşdırır. Yeni sistemlər insanların gündəlik həyatlarında bəzi prosesləri avtomatlaşdırmasına kömək edəcək. Bu barədə Reuters məlumat yayıb.

AWS CEO-su Matt Garman, işçilərə göndərdiyi məktubda agentin süni intellektin AWS üçün “növbəti çoxmilyardlıq biznes” ola biləcəyini bildirib. Məlumata görə, AWS-də süni intellekt və məlumat komandalarına rəhbərlik etmiş Swami Sivasubramanian, bu yeni qrupa rəhbərlik edəcək.

Son dövrlərdə bir çox texnologiya şirkəti süni intellekt agentlərinə yönəlib. Amazon da bu sahəyə investisiya qoyan son şirkətlərdən biridir. Keçən həftə Amazon, yenilənmiş Alexa+ köməkçisinin Uber sifariş etmə, vebsaytlarda naviqasiya və digər tapşırıqları avtomatik yerinə yetirmə kimi yeni agentik süni intellekt imkanlarını nümayiş etdirib.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et