Bu gün:

İngiltərədə Big Benə gedərək Fələstin bayrağı qaldıran etirazçı aksiyanı bitirib


İngiltərədə Big Benə gedərək Fələstin bayrağı qaldıran etirazçı aksiyanı bitirib

İngiltərədə parlamentin "Big Ben" kimi tanınan Elizabeth Tower-ə dırmaşaraq Fələstin bayrağını qaldıran etirazçı 16 saat sonra etirazını bitirib.İnstaqram sosial media platformasında “Free_all.of.us” adından istifadə edən etirazçı dünən səhər yerli vaxtla saat 07.30 radələrində (GMT 10.30) qülləyə qalxıb və etirazını gecə yarısı (saat 03.00 GMT) bitirib.

Yanğınsöndürən nərdivanı ilə qüllədən endirilən fəal ona dəstək verməyə gələnlərin Fələstinə dəstək şüarlarına bayrağını dalğalandıraraq cavab verib.

Ayaqyalın və ləvazimatsız qülləyə qalxarkən ayağından kəsiklər alan etirazçı 16 saat davam edən etirazdan sonra səhhətini yoxlamaq üçün təcili yardım maşını ilə hadisə yerindən çıxarılıb.Dünən səhər saatlarında parlamentin dəmir barmaqlıqlarından tullanaraq qülləyə çıxan etirazçının paylaşdığı görüntülərdə bir müddət polisin diqqətindən yayınmadığı bildirilib.İnstaqram hesabından verdiyi açıqlamalarda fəal, "Demokratiya öldü, həbs edildi. Dinc etirazlar, vətəndaş itaətsizliyi, iqlim fəalları 45 il həbs cəzası alırlar. Fələstinli fəallar terror dövləti İsrailə silah satışını dayandırmaq kimi hökumətin etməli olduğu işi gördükləri üçün həbs olunurlar" deyib. O, aşağıdakı ifadələri işlətdi.

BBC-nin binası qarşısında keçirilməsi planlaşdırılan aksiyanın polis tərəfindən qarşısının alındığını xatırladan fəal, "Polis tərəfindən zorakılıq yaşayırıq. Ona görə də bu aksiyanı demokratiya deyilən yerdə keçirirəm" dedi. dedi.

Onu endirmək cəhdləri qarşısında yanğınsöndürmə briqadasına yaxınlaşmaması barədə xəbərdarlıq edən etirazçı “yaxınlaşsanız, daha yüksəklərə qalxmalı olacağam” deyib. O, bu sözlərlə cavab verdi:

Səlahiyyətlilər isə “təhlükəsiz başa çatdırmaq üçün” aksiyanı zorla dayandırmaq cəhdinin olmadığını açıqlayıb.

Görüntülərdə İngiltərənin simvolu olan 165 illik qülləyə ayaqyalın və alətsiz çıxan fəalın ayağındakı kəsiklər səbəbindən ayaq basdığı yerlərdə qan izləri olduğu görünürdü.

Aksiya zamanı canlı yayım vasitəsi ilə məlumat verən etirazçı kifayət qədər qida olduğunu və ayaqlarındakı yaraların əhəmiyyətsiz olduğunu açıqlayıb.

Polis əraziyə toplaşan qrupları ərazidən uzaqlaşdırıb və fəala dəstək şüarları səsləndirib.

 Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et